
3 ildən artıqdır ki, davam edən müharibənin Rusiya iqtisadiyyatını həddən artıq “yükləməsi” Kremli vergiləri artırmağa və xərclərə azaltmağa məcbur edir.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Röyters”də yayımlanan məqalədə deyilir.
Bildirilir ki, prezident Vladimir Putin müharibənin Rusiya iqtisadiyyatını məhv etməsi fikrini rədd edib, lakin büdcə kəsiri xərclərin artması səbəbindən artır, neft və qaz gəlirləri isə Qərbin sanksiyalarının təzyiqi altında azalır.
Belə ki, Rusiya iqtisadiyyatı Ukraynaya qarşı uzun sürən müharibənin təsirlərini getdikcə daha çox hiss edir. 2025-ci ildə büdcə kəsiri 4,9 trilyon rubla (təxminən 61 milyard dollar) çatıb ki, bu da Qərbin sanksiyaları və sürətlə artan hərbi xərclər səbəbindən neft və qaz gəlirlərinin azalması nəticəsində son illərin ən böyük göstəricilərindən biridir.