“Müharibə Rusiyanın qələbəsi ilə yekunlaşa bilməz”

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti dəyərləndirib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, Ukraynaya dəstək verilməsi siyasətinin davam etdiriləcəyini bildirib.

 

“Bəzi Avropa ölkələrinin ictimaiyyəti arasında belə bir fikir var ki, biz Ukraynaya dəstək verməyə davam etdikcə, müharibə uzanacaq. Onlar deyirlər ki, müharibəni dayandırmaq və onun bitməyini istəyirsinizsə, Ukraynaya dəstəyi kəsin. Əlbəttə, amma müharibə necə bitəcək? Əsas sual budur. Heç bir halda müharibə Rusiyanın qələbəsi və Ukraynanın işğalı ilə yekunlaşa bilməz. Biz axıra qədər Ukraynaya dəstək olacağıq”, – deyə Borrel söyləyib.

 

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücum etməsi ilə başlayan müharibə davam etməkdədir. Rəsmi Moskva Ukraynanın Xerson və Zaporojye vilayətlərini, eləcə də qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Mənbə

Share: