“Müharibə tamam başqa xarakter kəsb etməyə başlayıb”

“Müharibə tamam başqa xarakter kəsb etməyə başlayıb”

“Müharibə tamam başqa xarakter kəsb etməyə başlayır”: Lukaşenko Belarusun nə zaman Ukrayna ilə müharibəyə qoşulacağını

deyib

 

“Mən rusiyalılarla birgə  hələlik bir halda-oradan bircə əsgər əlində silah Belarus ərazisinə mənim insanlarımı öldürməyə gələcəyi halda döyüşməyə hazıram…”

 

“Bu, müdaxilə deyil, bu, Rusiyanın və orada yaşayan rus insanlarının maraqlarının qorunmasıdır…”

 

“Siz Rusiyanı ittiham edirsiniz, amma polyakların əlilə Ukraynanı parçalamaq istəyirsiniz…”

 

Belarus prezidenti Aleksandr Lukaşenko Belarus və xarici jurnalistlərlə görüşündə hansı halda ölkəsinin ordusundan istifadə etməyə hazır olacağından danışıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Belarusun “BelTA” dövlət nəşri məlumat yayıb.

 

“Mən rusiyalılala birgə Belarus ərazisindən hələlik bir halda döyüşməyə hazıram: əgər oradan bircə əsgər əlində silah Belarus ərazisinə mənim insanlarımı öldürməyə gələrsə. Əgər onlar Belarusa qarşı təcavüz etsələr, cavab çox sərt olacaq”, – Belarus lideri vurğulayıb.

 

O, qeyd edib ki, bu, təkcə Ukraynaya deyil, digər qonşulara da aiddir.

 

BBC telekanalının sualına cavabında Lukaşenko  Rusiyanın hələ tammiqyaslı hərbi müdaxiləsindən öncə Ukraynanın, guya, ilk olaraq Rusiya və Belarusa hücuma hazırlaşdığı barədə özünün “köhnə mahnı”sını təkrarlayıb. 

 

“Bunlar Ukrayna tərəfindən düşünülmüş hərəkətlər olub. Amma bunun nə üçün edildiyini bilmirəm. Onlar ilk dəqiqələrdən Belarus ərazisindən zərbələrə məruz qaldılar. Bu, xüsusi hərbi əməliyyat başlamazdan bir neçə dəqiqə öncə səhər baş verib”, – o, deyib.

 

“Siz “müdaxilə” deyirsiniz. Mən hesab edirəm ki, bu, müdaxilə deyil. Ukrayna hakimiyyəti özü bu əməliyyata təhrik edib. Bax, belə hərəkətlərlə. O zaman Rusiya ilə bu müharibənin baş verməməsi üçün razılığa gəlmək lazım idi.

 

Lakin hər şey, o cümlədən Minsk razılaşmalarından başlayaraq, müharibənin törədilməsinə hədəflənmişdi. Heç bir müdaxilə olmayıb. Mən hesab edirəm ki, bu, Rusiyanın və orada yaşayan rus insanlarının maraqlarının qorunmasıdır”, – Lukaşenko Kremlin narrativlərini təkrar edib.

 

O, əlavə edib ki, Ukrayna, guya, Qərbin təhrik etdiyi müharibənin törədilməsi üçün yalnız bəhanə olub. Üstəlik, Qərb ökələrinin, guya, Ukraynanı parçalamağa marağı var.

 

“Siz Rusiyanı ittiham edirsiniz. Xeyr, siz polyakların əlilə Ukraynanı parçalamaq istəyirsiniz”, – Lukaşenko deyib.

 

O, əlavə edib ki, Rusiya və Belarusun ümumi hərbi qruplaşması var, guya, Moskva heç vaxt ondan Ukraynaya qarşı müharibəyə başlamağı xahiş etməyib.

 

“Biz dinc insanlarıq. Biz müharibənin nə demək olduğunu bilirik. Biz müharibə istəmirik. Və biz heç bir halda öz qoşunlarımızı Ukrayna ərazisinə yeritmək fikrində deyilik. Amma əgər siz oradan Belarus ərazisinə təcavüz etməsəniz. Mənim cavabım budur. Bu cavab çoxdan verilib”, – Lukaşenko vurğulayıb.

 

Onun bu fikirləri üç gün öncə dedikləri ilə ziddiyyət təşkil edir. O, deyib ki, KTMT-nin bütün ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşulmalıdır.

 

“Əgər kimsə düşünürsə ki, Ukrayna ilə Rusiya arasında münaqişə onların münaqişəsi deyil, yavaşca haradasa sakitcə dayanacaq, belə bir şey olmayacaq. Zaman gələcək, – bu isə uzaqda deyil, – müəyyən mövqe tutmaq tələb ediləcək”, – Lukaşenko deyib.

Mənbə

Share: