“Müharibə və səfərbərlik Rusiya iqtisadiyyatına bundan sonrakı onilliklər üçün zərbə vurub”

“Putinin Rusiyanın tədarük zəncirləri və müdafiə sənayesi bazasından xəbəri yoxdur…”

 

“Rusiyanın illərlə sərt sanksiyalar altında olan dövlətlərdən silah tədarükündən asılı olması ölkənin hərbi-sənaye kompleksinin bərbad gündə olmasını nümayiş etdirir…”

 

Rusiya prezidenti Vladimir Putinin Rusiyanın rəqabətqabililiyyətli hərbi sənayesini yaratmaq çağırışları reallıqdan uzaqdır. Onun Rusiyanın tədarük zənciri və müdafiə sənayesi bazasından xəbəri yoxdur. 

 

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibəni öyrənən İnstititutunun (ISW) yeni hesabatında deyilir.

 

Rusiya Silahlı Qüvvələri Koordinasiya Şurasının iclasında çıxış edən Kreml rəhbəri bəyan edib ki, hökumət hərbi silah istehsalçıları arasında fəal rəqabəti təmin etməlidir.

 

Analitiklər qeyd edir ki, Putinin çağırışları bu yaxınlarda Rusiyanın Ukraynada hərbi əməliyyatlara dəstək vermək üçün İran və Şimali Koreyadan silah sistemlərini alması barədə məlumatlarla təzad təşkil edir.

 

“Rusiyanın illərlə sərt sanksiyalar altında olan dövlətlərdən silah tədarükündən asılı olması Rusiya sənayesinin qısa müddətdə öz ordusunun tələbatlarını təmin edə biləcəyini gerçəkdən dəyərləndirməyə imkan verir”, – hərbi analitiklər qeyd edib.

 

Yeri gəlmişkən, CNN telekanalı İranın Rusiyaya daha min vahid silah, o cümlədən yaxın mənzilli “Yer-Yer” sinfindən olan ballistik raketlər və əlavə zərbə dronları göndərməyə hazırlaşdığı barədə məlumat verib.

 

ABŞ adminidtrasiyasının İran üzrə xüsusi nümayəndəsi Rob Malli vurğulayıb ki, Rusiyaya əlavə silah göndərilməsi ABŞ və İran arasında münasibətləri daha da pisləşdirəcək.

 

Malli əlavə edib ki, Co Bayden administrasiyası “nüvə sazişinin bərpa edilməsi ilə bağlı heç bir nəticə verməyən danışıqlara vaxt sərf etmək niyyətində deyil”.

 

Hesabatda deyilir ki, Rusiyanın Ukraynada taqətdən düşən ordusunu gücləndirmək üçün səfərbərlik və digər cəhdləri Rusiya iqtisadiyyatını onilliklər ərzində sarsıdır, Belarusun müharibəyə cəlb olunması isə əvvəlkitək az ehtimal olunandır.

Mənbə

Share: