Təhsil Tələbə Krediti Fondu 44 günlük Vətən müharibəsində iştirak edən tələbələrin sosial kredit növündən yararlanması üçün hökumətə müraciət edib.
Milletinsesi.az xəbər verir ki, bununla bağlı Fondun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” seminarında məlumat verib.
A. Paşayev əlavə edib ki, həmin tələbələrlə yanaşı, ailə başçısına itirməyə görə müavinət alan ailələrin övladlarının da bu kateqoriyaya salınması üçün də aidiyyəti üzrə müraciət edilib:
“Ümumilikdə, tələbə təhsil krediti üçün payız semestri ərzində təxminən 5000-ə yaxın müraciət olacağını təxmin edirik”.