
Prezident seçkilərindən sonra ilk dəfə Avropaya səfər edən Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Ukrayna ilə bağlı açıqlamaları yenidən müzakirələrə səbəb olub.
Modern.az xəbər verir ki, o, Portuqaliyaya səfəri zamanı Kiyev və Moskvanı danışıqlara çağırıb.
Lula özündən əvvəlki prezident Bolsonaronun 4 illik hakimiyyətindən sonra Braziliyanın Qərblə əlaqələrini bərpa etməyə çalışır, lakin Ukrayna ilə bağlı açıqlamaları narazılığa səbəb olub.
Braziliya lideri Lissbonda deyib ki, müharibənin başlamasında Kiyevin də günahı var.
“Hökumətim Ukraynanın ərazi bütövlüyünün pozulmasını pisləsə də, biz münaqişənin danışıqlar yolu ilə siyasi həllini dəstəkləyirik”, – Lula bildirib.


