Müharibədən sonra 303 azərbaycanlı mina qurbanına çevrilib

 

“İkinci Qarabağ müharibəsindən sonra 303 azərbaycanlı mina qurbanına çevrilib”.

Milletinsesi.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətə dair bəyanatında deyilir.

“10 noyabr 2020-ci il bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictimaiyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib”, – bəyanatda qeyd olunur.

Mənbə

Share: