Müharibəni dəstəkləyən rus yazıçıya qarşı sui-qəsd cəhdi

Müharibəni dəstəkləyən rus yazıçıya qarşı sui-qəsd cəhdi

Məşhur rusiyalı yazıçı, ictimai xadim Zaxar Prilepinin avtomobili partladılıb.

 

Modern.az xəbər verir ki, hadisə Nijni Novqorodda baş verib.

 

Rəsmi məlumata görə, yazıçının “Audi Q7” model avtomobilinin altına yerləşdirilən bomba işə düşüb. Partlayış zamanı avtomobilin sürücüsü ölüb, yazıçının özü ağır yaralanıb. Onun xəstəxanaya aparıldığı bildirilir.

 

Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü hadisə ilə əlaqədar bir şübhəlinin həbs edildiyini bildirib. TASS agentliyi təhlükəsizlik mənbələrinə istinadən yazıb ki, Moskva vilayətində bombanın hazırlandığı ehtimal edilən mənzil aşkar edilib. İstintaq Komitəsi hadisəni terror aktı adlandırıb.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında hücuma görə ABŞ, Britaniya NATO və Ukraynanı ittiham edib. Ölkənin keçmiş prezidenti Dmitri Medvedyev Prilepinə qarşı törədilən hadisəni “nasist ekstremistlərinin alçaq hücumu” adlandırıb.

 

Qeyd edək ki, Prilepin Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə dəstəkləyən yazıçılardan biridir. O, əvvəllər Ukraynanın şərqindəki Donbas bölgəsində Rusiyanın proksi qüvvələri üçün döyüşüb və oradakı hərbi hissəyə rəhbərlik edib.

 

1241569

Mənbə

Share: