
“Qələbəyə görə şadıq. İntizamlı oyun oldu. Matçın məzmununa görə də sevinirik. 90 dəqiqə ərzində cəsur, aqressiv oyun sərgilədik”.
Bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIX tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis çempionluq mübarizəsinə bu cür münasibət bildirib: “Bugünkü kimi oynasaq, bütün rəqibləri məğlub edə bilərik”. (report)