Müsavat sabah İran səfirliyi qarşısında aksiya keçirəcək 

Müsavat Partiyası sabah – noyabrın 15-də saat 15-00-da İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirəcək.
Millətin Səsi.sz  xəbər verir ki, aksiyada İranın anti-Azərbaycan siyasəti və İranda dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz edilməsi nəzərdə tutulub.

 

Partiya aksiyaya icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, müsbət cavab ala bilməyib.

Meriya Müsavat Partiyasının noyabrın 15-də İran səfirliyi qarşısında aksiya keçirməsini məqsədəuyğun hesab etməyib.
Müsavat başqanı Arif Hacılı isə bildirib ki, partiya üzvləri Konstitusiyanın 49-cu maddəsində nəzərdə tutulan hüquqa əsaslanaraq, elan edilən aksiyanı sabah keçirməyə çalışacaq.

Mənbə

Share: