
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Yexnologiyalar İşçiləri Həmlkarlar İttifaqı Respublika Komitəsinin VI plenumu keçirilib.
VI-cı plenumun gündəliyində 1-ci məsələyə – Təşkilatı məsələyə baxılıb və böyük səs çoxluğu ilə Müşfiq Əmirov Nəqliyyat,Rabitə və Yüksək Yexnologiyalar İşçiləri Həmlkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib.
Müşfiq Əmirov uzun müddət nəqliyyat, rabitə sahəsində mətbuat xidmətinin rəhbəri, şöbə müdiri, nazirin müşaviri vəzifələrində fəaliyyət göstərib.
Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. “Qızıl qələm” Media Mükafatına, eyni zamanda, bir çox ictimai və beynəlxalq təşkilatlar tərəfindən fəxri fərman, diplom və sertifikatlara layiq görülüb.