İsmayılov adına 6 nömrəli məktəb-liseydə “Media və təhsil dialoqu” mövzusunda təlim-seminar ikinci dəfədir təşkil olunur. Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
Milletinsesi.az Musavat.com-a istinadən xəbər verir ki, o, bildirib ki,müstəqillik dövründə təhsil sahəsində bir çox islahatlar keçirilib. Bu illər ərzində 3500 məktəb əsaslı təmir olunub.
Ucqar kəndlərdə də bir çox məktəblərin maddi-texniki bazası yenilənib. Eyni zamanda müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, dərsliklərin keyfiyyətinin artırılması istiqamətində də mühüm addımlar atılıb.
Nigar Həsənli,
Musavat.com