Mustafayevin Bakı təklifi Rusiyada dəstəkləndi

eviziya və Radio Akademiyasının birinci vitse-prezidenti Vaqif Mustafayevin hələ iki il əvvəl Bakıya Qəhrəman Şəhər adının verilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs postsovet məkanında yeni hərəkatın yaranmasına təkan verib.

Milletinsesi.az-ın məlumatına görə, bu barədə Moskvada keçirilən mətbuat konfransında Avrasiya Xalqları Assambleyasının Ali Şurasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin məlumat verib:

“Bakıda keçirilən Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində baş tutan “Böyük Vətən müharibəsi və İkinci Dünya müharibəsi ilə bağlı tarixi yaddaşın qorunması” beynəlxalq ictimai forumunda Vaqif Mustafayevin Bakı şəhərinə Qəhrəman Şəhər adının verilməsi ilə bağlı iki il əvvəl Moskvada irəli sürdüyü təşəbbüs ictimai müzakirəyə çıxarıldı və iştirakçılar tərəfindən yekdilliklə dəstəkləndi. Məhz bu təklifin nəticəsində forumda “Birlikdə qalib gəldik” Beynəlxalq İctimai Komitəsinin yaradılmasına dair plan ortaya çıxdı”.

Rusiya Cəmiyyətinin Tədqiqatçıları Assosiasiyasının prezidenti Gennadi Bordyuqov da bildirib ki, “Birlikdə qalib gəldik” təşəbbüsünün iştirakçıları postsovet məkanı və xarici ölkələrdə qələbəyə töhfə vermiş Bakı şəhərinə Qəhrəman Şəhər adının verilməsi üçün tarixi baza hazırlamaq və bununla bağlı təşəbbüs irəli sürmək niyyətindədir.

 

Share: