
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838 nəfərə çatıb.
Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar zamanı 1670 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, ötən gün Myanmada 7.7-7.9 bal gücündə zəlzələ baş verib.