Nədən “böyük dostu” Putini 9 may günündə təbrik etməyib?..

Nədən “böyük dostu” Putini 9 may günündə təbrik etməyib?..

“Böyük Çin dostu Putini Qələbə Günündə təbrik etməyi “unudub”, amma Haaqaya ona mütləq təbrik ünvanlayacaq…”

 

“Çin xarici siyasətində özünə yeni tərəfdaşlar axtarışına baş vura bilər…”

Çin Kommunist Partiyasının lideri Si Tszinpin Rusiyada indiki rejimin başlıca bayramı olan Qələbə Gününü görməzdən gəlməklə dünya ictimaiyyətini təəccübləndirib.

 

Moderator.az xəbər verir ki, bu barədə “1+1” telekanalı yazıb.

 

“Diktator Putinin qızğıncasına bel bağladığı həlledici tərəfdaşı Kremlə zəng vurmayıb və hətta təbrik məktubu da göndərməyib.

 

Mayın 9-da Si Tszinpin vaxtını Putinə həsr etməmək qərarına gəlib və Ruandaya zəng edərək prezident Pol Kaqameyə leysan və daşqınlarla bağlı başsağlığı verib.

 

Bu, onu göstərir ki, Çin xarici siyasətində özünə yeni tərəfdaşlar axtarışına baş vura bilər”, – jurnalistlər qeyd edib.

 

Rusiyalı müxalifətçi Aleksandr Nevzorov Si Tszinpinin hansı səbəbdən Putini Qələbə bayramı münasibətilə təbrik etməməsi barədə öz fərziyyəsini irəli sürüb.

 

“Yaradıcı və mikroçiplər mənbəyi, ilahi idxal hökmdarı, qazın mirvari alıcısı, xilasedici ticarət dövriyyəsinin ilhamvericisi, nümayəndə heyətlərinin qüdrətli göndəricisi və Kremlin hər şeyə qadir dəstəkçisi yoldaş Si Rusiyanın böyük Çin dostudur.

 

Bu, Çin rəisinin rütbələrinin yalnız kiçik hissəsidir. Rusiya KİV-ləri, adətən, bu ixtisar edilmiş adları deyil, yoldaş Sinin bütün 2343 böyük adlarından istifadə edir.

 

Beləliklə, “böyük Çin dostu”, “mirvari alıcı” vətəndaş Putini “qələbə günü” ilə bağlı təbrik etməyi unudub”, – Nevzorov özünün “Telegram-kanal”lında yazıb.

 

“Qaydalara görə, vassal cənabına zəng vurur, bunun əksi olmur, ona görə də rəhbərliyi üzürlü saymaq olar.

 

Ola bilsin məşğul olub, təbrik etməyi “unudub”, amma mütləq ona Haaqaya təbrik ünvanlayacaq”, – Nevzorovun istifadəçiləri şərh edib.

 

Xatırladaq ki, mayın 9-da Rusiyada və bir sıra digər ölkələrdə nasist Almaniyası üzərində Qələbənin 78-ci ildönümü qeyd edilib. Moskvada, Qırmızı meydanda hərbi parad keçirilib.

 

Təntənəli mərasimdə MDB-nin yeddi ölkə-Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, prezidentləri, Belarus hakimi Aleksandr Lukaşenko, Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edib.

 

Onların Moskvaya gəlmək niyyəti təntənəli mərasimdən yalnız bir gün öncə bəlli olub.

Mənbə

Share: