“Lev Tolstoyun əsərlərində İslamı qəbul etdiyi və bu dünyanı müsəlman kimi tərk etdiyi idda edilir…”
“Tolstoy öz yazışmalarımda İslamın xristianlıqdan üstün olduğunu vurğulayıb…”
“Müqəddəs Quran Aleksandr Puşkinin ədəbi əsərlərinə və mənəvi axtarışlarına çox böyük təsir edib…”
İslam mədəniyyəti bəzi rus yazıçı və şairlərin yaradıcılığına böyük təsir göstərib. Puşkinin “Qurana bənzətmələr” şeiri olub. Lev Tolstoy təkcə Quranın deyil, hədislərin də öyrənilməsinə böyük maraq göstərib.
Moderator.az xəbər verir ki, bu barədə İranın “Javan” nəşri yazıb.
Məhəmməd Peyğəmbərin obrazı Avropa mədəniyyəti və ədəbiyyatında
Böyük rus şairi Aleksandr Puşkin öz bədii əsərlərinin birində göstərib ki, öz şeirlərini yazanda müqəddəs Quranın oxunmasından ilham alıb.
“Müqəddəs Peyğəmbərin obrazı Avropa mədəniyyəti və ədəbiyyatında” mövzusunda mühazirəsində universitet müəllimi Həmid Salehi İslamın, Quranın Məhəmməd Peyğəmbərin həyatının bir neçə məşhur rus ədəbiyyatçılarının əsərlərinə aşkar təsiri haqqında danışıb.
Yazıçı Lev Tolstoy haqqında danışarkən Salehi deyib: “Yazıçı Tolstoy öz əsərlərində həqiqət axtarışına böyük əhəmiyyət verib. Ona görə də onu yazıçılar arasında peyğəmbər adlandırıblar. Həm də belə bir ad onun təkcə ədəbi axtarışları və qələminin missiyası ilə deyil, əsl həqiqətsevər ruhu ilə bağlı olub. Bu zaman həm də onun haqqında olan bəzi diskusiyalarda və onun əsərlərində hətta İslamı qəbul etdiyi və bu dünyanı müsəlman kimi tərk etdiyi iddia edilir. Lakin belə bir güman həmçinin Avropanın digər məşhur şairi və ədəbiyyatçısı Höte barəsində də edilib”.
Məlumdur ki, Tolstoy təkcə Quranın deyil, həmçinin hədislərin də öyrənilməsinə böyük maraq göstərib. O, hətta 40 səhifəlik hədislərdən ibarət kitab tərtib edib. Onun böyük bir hissəsi sosial mövzulara, habelə, iş və əzmkarlıq, şəfqət və mərhəmət kimi sujetlərə həsr edilib.
O, hədisləri ərəb dilini bildiyi səviyyədə ruscaya çevirib kitab formasında dərc edib. Aydındır ki, ölkədə kommunizm və sosialist ideologiyasının hökm sürdüyü illərdə bu kitab işıq üzü görməyib və nəşr edilməyib. Hətta indi kommunist ideologiyasının çökməsindən onilliklər keçməsinə baxmayaraq, belə bir kitabın mövcud olmasından söhbət gedəndə çoxları buna təəccüb edir.
“Tolstoy,- Salehi davam edir,- hətta o zaman xristian olanda belə öz yazışmalarında İslamın xristianlıq üzərində üstünlüyünü vurğulayıb”.
Dünya şöhrətli yazıçının İslama marağının səbəbi nədir?
Hələ gənclik illərində Qazan universitetində təhsil alarkən Tolstoy ərəb və türk dillərini öyrənib. Digər tərəfdən, Qafqazın İslam dininin yayıldığı hissəsində olarkən onun təsirinə düşüb. Rus xalqı arasında xüsusi etnos deyil, xüsusi mədəniyyəti təmsil edən yerli kazaklarla ünsiyyətdə olub.
Professor Salehi öz mühazirəsində digər görkəmli rus şairi, həmçinin yazıçısı, tarixçisi və ədəbiyyatçısı Puşkin mövzusuna toxunub.
“Aleksandr Puşkin,- Salehi danışıb,- rus ədəbiyyatının görkəmli şəxsiyyətidir və mühüm yer tutur.
Mərziyyə Yəhyapurun müəllifliyi ilə “Quran Aleksandr Puşkinin poeziyasında” adlı kitabda böyük rus şairinin İslam haqqında dedikləri və yazdıqları toplanıb. Şərq mədəniyyətinin Puşkinə təsiri sırf genetik amillərlə bağlıdır. Məlumdur ki, o Afrika mənşəli olub.
Onun əsərlərində biz çox vaxt müsəlman mədəniyyətinin, sivilizasiyasının və ən başlıcası mənəviyyatının təsirini hiss edirik. Onun 9 hissəsdən ibarət “Qurana bənzətmə” şeirlər toplusu var və onu mütləq oxumaq lazımdır.
Tolstoydan fərqli olaraq, Puşkin ərəb dilini öyrənməyib. Və o, bu şeirlər toplusunu müqəddəs müsəlman kitabının rus dilinə tərcümələrindən ilham alaraq yaradıb.
Müqəddəs Quran Aleksandr Puşkinin ədəbi əsərlərinə və mənəvi axtarışlarına çox böyük təsir göstərib. Fəqət, onun İslamla şəxsi əlaqələrinin, böyük şairin İslamı qəbul edib-etmədiyi barədə heç bir sübutlar yoxdur.