“Nədən rusiyalılar hər gün təhlükəyə məruz qalır?”

“Rusiyanın dərinliklərində hava təhlükələrinə müqavimət get-gedə çətinləşir…

 

“Rusiya həm öz ərazisində, həm də cəbhədə orta mənzilli HHM sistemləri ilə bağlı problemlərlə üzləşir…”

 

Britaniyalılar Rusiya Silahlı Qüvvələrinin əsas problemini açıqlayıb

 

Rusiya qüvvələri həm Rusiya ərazisində, həm də cəbhədə obyektlərin müdafiəsi üçün orta mənzilli hava hücumundan müdafiə sistemləri ilə bağlı problemlərlə üzləşir.

 

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə nazirliyinin 29 dekabr tarixli məlumatında deyilir.

 

İdarə Rusiyanın Saratov vilayətində “Engels” hava limanında dekabrın 26-da baş vermiş partlayışları və strateji aviasiya bazasında pilotsuz uçuş aparatlardan zərbələr endirilməsini xatırladıb.

 

Qeyd edilir ki, Rusiya uzun müddətdir ki, ön cəbhədəki yerüstü HHM-in möhkəmlənməsinə böyük diqqət yetirib, lakin get-gedə rusiyalıların hava təhlükələrinə Rusiyanın dərinliklərində müqavimət göstərməsinin çətin olduğu daha da aydın olur.

 

Böyük Britanıya müdafiə nazirliyi bəyan edir ki, Rusiya üçün problemlərdən biri, ehtimal ki, PUA-lardan mühafizə olunmasnda mühüm rol oynayan orta mənzilli müasir “Pantsir” kompleksləri kimi HHM sistemlərinin böyük qıtlığıdır.

 

“Engels” kimi strateji obyektlərin nöqtəvi mühafizəsinin təmin edilməsindən başqa, bu sistemlər hal-hazırda böyük miqdarda Ukraynada cəbhə xətti yaxınlığında səhra qərargahlarının mühafizəsi üçün tələb edilir”, – məlumatda deyilir.

 

Əlavə edək ki, bu gün səhər Bryansk vilayəti sakinləri gur səslər eşidib. “Klintsov rayonu ərazisində bizim HHM sistemi işləyir”, – Telegram-kanalda region rəhbəri Aleksandr Boqomaz qeyd edib.

 

ASTRA müstəqil jurnalistlər layihəsi mənbələrinin məlumatına görə, dekabrın 29-da Bryansk vilayətinin Uneçsk rayonu güclü atəşlərə məruz qalıb. Pilotsuz uçuş aparatları Rusiya MN-nin mövqelərinə partlayıcı qurğular atılıb, nəticədə C-300 qurğusu sıradan çıxarılıb.

 

Bu arada isə Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərinin sakinləri bu gün səhər səmada düşən obyekti görüblər. Güman edilir ki, Rusiyanın HHM sistemi işə düşüb.

Mənbə

Share: