Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin yeni layihəsi bəlli olub.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa “Şahane hayatım” serialında rol alacaq.
O, layihədə “Melissa” obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Hilal Altınbileklə Onur Tuna canlandıracaq.