
Xalq artisti Nəzakət Teymurovaya ağır itki üz verib. Moderator.az-a açıqlama verən sənətkar qardaşının dünyasını dəyişdiyini bildirib.
“Qardaşım Tahir Teymurov xərçəng xəstəliyindən dünyasını dəyişib. 1-ci Qarabağ müharibəsində iştirak etmişdi, qazi idi. Uzun müddət bu xəstəlikdən əziyyət çəkirdi. 58 yaşı var idi. Allah hamının ölənlərinə rəhmət etsin. 3 mərasimi yanvarın 23-də Heydər məscidində olacaq. Başsağlığı verən hər kəsə öz təşəkkürümü bildirirəm” deyə xalq artisti bildirib.