Nadir şahın inşa etdiyi Dairəvi qala məhv olur – Foto

Lənkəran şəhərində yerləşən Dairəvi qalanın inşasına Nadir şahın təşəbbüsü ilə 1747-ci ildə başlanılıb. Qalanın inşası 1767-ci ildə tamamlanıb. Xalq arasında daha çox Zindan kimi tanınır.

Millətin Səsi.az xəbər verir ki, Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev qalanın hazırkı vəziyyəti ilə bağlı rəsmi Feysbuk səhifəsində paylaşım edib.

Dairəvi qalanın baxımsız vəziyyətdə olması Feysbuk istifadəçiləri tərəfindən qınaqla qarşılanıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, Dairəvi qalanın bərpa edilməsi üçün layihə smeta sənədləri hazırlanıb:

“Həmçinin tarixi qala bərpa edilməsi üçün investisiya planına daxil edilib. Abidənin tezliklə bərpa olunması üçün müvafiq proseduralar həyata keçirilir”.

Share: