Narazı müəllimlərə cavab: Bu o demək deyil ki, kimsə bərk qışqırsa…

Narazı müəllimlərə cavab: Bu o demək deyil ki, kimsə bərk qışqırsa…

Kimya fənnindən sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqları ilə bağlı məsələyə aydınlıq gətirilib.
Milletinsesi.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə danışıb.

“Biz imtahanlardan sonra testləri təhlil edirik. Bu o demək deyil ki, kimsə bərk qışqırsa, biz ondan qorxacağıq. Aidiyyəti olmayan adamın birdən-birə fəallaşmasını, sertifikasiya imtahanına qarşı çıxmasını anlamıram.

20 min müəllimi sertifikatlaşma etmişik. Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatlaşdırma prosesi düzgün deyil. Kimya fənninə gəlincə isə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T test şkalalarına keçirik. Bunu zananla hamı öyrənəcək”.

Share: