“Nar”ın dəstəyilə keçirilən bu yarışda mübarizə davam edir

Ölkənin ən gənc mobil operatoru “Nar”ın dəstəyilə keçirilən “Breyn Rinq” intellektual yarışlarında “Bilik” kuboku uğrunda mübarizə davam edir. Yarışlarda respublikanın 15 bölgəsini və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Xatırladaq ki, birinci yarımilin və ilk kubokun sahibi “Nar” komandası olub. Dekabrın 29-u İctimai Televiziyanın efirində yayımlanacaq “Breyn Rinq” yarışında “Bilik” kubokunun qalibi müəyyənləşəcək. Bundan sonra komandalar son oyunda Azərbaycan Çempionu adı uğrunda yarışacaqlar.

Milletinsesi.az xəbər verir ki, “Nar” ənənəvi olaraq “Breyn Rinq” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün də xüsusi müsabiqə keçirir. Mobil operatorun rəsmi Feysbuk səhifəsində keçirilən müsabiqədə son ayın qalibləri Abdulmahmud Bəkirzadə, Könül Mikayılova və Emin Əbdürəhmanov olub.

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

Share: