“Nar”ın son yenilikləri “BakuTel-2019” sərgisində!

“Nar” ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş olunduğu 25-ci “BakuTel-2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edəcək.

Milletinsesi.az xəbər verir ki, dDekabrın 3-6-da keçiriləcək sərgidə yenilənmiş “Nar” stendinə yaxınlaşan ziyarətçilər həm mobil operatorun məhsulları ilə tanış ola biləcək, həm müxtəlif hədiyyələr qazanacaq, həm də əyləncəli müsabiqələrdə iştirak edə biləcəklər.

Qeyd edək ki, dörd gün davam edəcək sərgidə “Nar” hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verən “Nar+” tətbiqini, Votsapda pulsuz yazışma, sərfəli zəng və internet təklifi ilə səyahətsevərlərin istirahətini daha zövqedici edən “Rominq” paketlərini, həm internetdən, həm də sosial şəbəkələrdən çox istifadə edənlər üçün ikiqat internetdən yararlanmaq imkanı verən “CavanNar” tarifini abunəçilərinə təqdim edəcək. Ziyarətçilər eyni zamanda virtual reallıq oyunu vasitəsilə “Nar” şəbəkəsini test və 4G sürətini hiss edə biləcəklər.

Bundan başqa, mobil operatorun stendində əyləncəli yarışlar, müsabiqələr, maraqlı oyunlar da keçiriləcək. Sərginin keçiriləcəyi 4 gün ərzində “Nar” stendinə yaxınlaşan insanlar müxtəlif hədiyyələr əldə etməklə yanaşı, müsabiqədə iştirak edib müasir smartfon qazana biləcəklər.

Mobil operator hər kəsi 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci “BakuTel-2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisindəki “Nar” stendinə dəvət edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6%-ni əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

Share: