Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin fəaliyyət istiqamətlərinin dairəsi genişləndirilib.
Report xəbər verir ki, bu barədə nazirliyin kollegiyası qərar qəbul edib.
Qərara əsasən, artıq “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxs Azərbaycan ərazisində dövriyyəsinə nəzarət edilən, məhdudlaşdırılan və ya qadağan edilmiş narkotik vasiətələrin, psixotrop maddələrin, habelə ölkə ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların, güclü təsir edən və zəhərli maddələrin dövriyyəsinə nəzarətin həyata keçirilməsində iştirak edir.