
Dövlət Gömrük Komitəsi qaçaqmalçılıqla mübarizə, xüsusilə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin cəmiyyətin bu sahədə maarifləndirməsi istiqamətində intensiv iş aparır.
Moderator.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hazırladığı növbəti qısa metrajlı maarifləndirici videoçarx “ağ ölüm”ün acı fəsadlarından, xoşbəxt, gənc ailənin faciəsindən bəhs edir.
Ailəmizi, əzizlərimizi, çevrəmizi bu bəladan qoruyaq!
Narkotiklərə “yox” deyək!