Marsda aşkar olunan bir sıra təpələrin səthindəki qum təbəqəsi, bu planetin digər bölgələrindəki qum təbəqələrindən fərqli olaraq hərəkət etmir.
Bu barədə ABŞ Milli Kosmos İdarəsi (NASA) məlumat yayıb.
Aşkar olunan relyef Matara kraterində yerləşir. Faktlar NASA MRO tərəfindən aşkar edilib.
Elm adamları qeyd edirlər ki, digər qum təpələrindən fərqli olaraq bunlar küləyin təsiri altında hərəkət etmirlər.
Astronomlar qum dənələrinin tam olaraq nəyin hesabına hərəkətsiz qaldığını öyrənməyə çalışırlar./teleqraf