NASA Qrenlandiya buzlaqlarındakı qorxunc dəyişikliyi paylaşdı

NASA müxtəlif dövrlərdə çəkilmiş Qrenlandiya fotoşəkillərini nəşr etdi. Fotoşəkil adadakı dəyişikliyi dəqiq bir şəkildə gözlər önünə gətirir.

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) peykləri vasitəsilə tez-tez Dünyanın və kosmosun fotoşəkillərini bizimlə paylaşır. NASA son 50 ildə çəkdiyi Qrenlandiya fotoşəkilləri ilə qlobal istiləşmənin ölçülərini də gözlər önünə çəkdi.

Qrenlandiya qlobal istiləşmənin ən aşkar şəkildə müşahidə edilə bildiyi bölgələrdən biri olaraq gözə dəyir. Çünki bölgədəki istiləşmə sürəti, dünyanın geri qalanında görülən istiləşmə sürətinin iki qatıdır. Buradakı buzlaqlar yavaş-yavaş əriyir.

Qrenlandiyanın sahəsi 2 milyon 166 min kvadrat kilometrdir. Bu da onu dünyadakı ən böyük ada edir. Adanın əhalisi isə 56 min nəfərdir.

ABŞ Qrenlandiyanı almaq istəyir, bunun səbəbi isə, orda yerləşən təbii sərvət mədənlərdir.

ABŞ bu adanı alsa, bu əməliyyatı tarixdə ilk dəfə reallaşdırmış olmayacaq. Daha əvvəl Fransadan Şimali Amerikada olan torpaqlarını 15 milyon dollara alan ABŞ, 1867-ci ildə də Rusiyaya 7,2 milyon dollar ödəyərək Alaskanı almışdı. 1917-ci ildə də Virciniya adalarını 25 milyon dollar müqabilində Danimarkadan ABŞ-a keçmdi.

Milli.Az

Share: