Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsi və Filologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Elm festivalı”çərçivəsində “Natiqliyin sirləri” mövzusunda təlim keçirilib.
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
“Diksiya Akademiyası” MMC-nin təsisçisi, təlimçi Cəlalə Nəzəroğlu düzgün nitqi formalaşdırmağın yolları və natiqlik sənətinin incəlikləri haqqında tələbələrə məlumat verib.
Cəlalə Nəzəroğlu danışıqda yol verilən səhvlər, düzgün ünsiyyət qaydaları haqqında danışıb, davranış zamanı nitqdən və bədən dilindən lazımi formada istifadə edilməsinin əhəmiyyətini qeyd edib. O, ünsiyyət zamanı qarşı tərəfin psixologiyasına uyğun dialoqun qurulması, orfoepiya qaydalarına əməl olunması və digər mövzularda seminar iştirakçılarını məlumatlandırıb.
Təlimçi həmçinin özünüifadə problemi və onların həlli, söz ehtiyatının artırılması, çıxışa hazırlaşarkən diqqət edilməli məqamlar və həyəcanı aradan götürməyin yolları barədə danışıb.
Sonda təlimçi tələbərin çoxsaylı suallarını cavablandırıb.