
NATO hazırkı formada ABŞ və onun avropalı üzvləri arasında Ukraynaya dəstək mövzusunda fikir ayrılıqları səbəbindən mövcudluğunu dayandıra bilər.
Millətin Səsi.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis deyib.
“Biz NATO-nun sonunun və Avropa Müqaviləsi Təşkilatının başlanğıcının şahidi ola bilərik. ABŞ Prezidenti Donald Tramp ölkəsinin Kiyevə hərbi yardımı davam etdirmək istəmədiyini açıq şəkildə bildirdi ki, bu, epik ölçüdə geosiyasi səhvə çevrilib. İndi Avropa üçün yaşıl işıq yanır və onlar addım atmalı və özləri məsuliyyət daşımalıdırlar”, – Stavridis bildirib.