“NATO müdafiə istehsalını artırmağı planlaşdırır”

“NATO müdafiə istehsalını artırmağı planlaşdırır”

“Söhbət müdafiə sənayesi kompleksi məsələlərinə bir-birini tamamlayan yanaşmadan  gedir…”

 

“ABŞ və Avropa İttifaqı NATO-nun Ukraynada münaqişəyə cəlb edilməsinə qarşı çıxacaq…”

 

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın müdafiə istehsalının artırılması və Ukraynaya uzunmüddətli dəstəyin təmin edilməsinin zəruriliyi barədə bəyanatla çıxış edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “tass.ru” nəşri məlumat yayıb.

 

Stoltenberqin müavini Mirça Coane izah edib ki, söhbət müdafiə sənayesinin canlandırılmasından gedir.

 

“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlanandan iki il sonra həm Ukrayna, həm də Avroatlantika təhlükəsizliyi üçün bizim müdafiə istehsalımızın artırılması və müdafiə sənayemizin yeniləşməsi mütləq zərurətə çevrilib”, – məmur qeyd edib.

 

Baş katibin müavininin sözlərinə görə, 2023-cü ilin iyul ayından NATO-nun dəstək və satınalınmalar üzrə Agentliyi (NSPA) təxminən 10 milyard dollar məbləğində, o cümlədən “Patriot” raketləri və 155 mm-lik mərmilər üçün müqavilələr razılaşdırılıb.

 

“Müttəfiqlər gücünü birləşdirib. Ona görə də NATO-nun, məsələn, standartların müəyyən edilməsi sahəsində və müttəfiqlər arasında maneələr yaratmayan səlahiyyətlərinə hörmət edən müdafiə sənayesi kompleksi məsələlərinə bir-birini tamamlayan yanaşmanı təmin etmək zəruridir”, – Coane deyib.

 

Bundan öncə NATO-nun baş katibi Alyansın Rusiya ilə onilliklər ərzində davam edə biləcək mümkün çoxillik qarşıdurmaya hazırlaşmalı oduğunu bəyan edib.

 

Almaniya kansleri Olaf Şolts bəyan edib ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı NATO-nun Ukraynada münaqişəyə cəlb edilməsi üçün istənilən cəhdlərə qarşı çıxacaq. Bu zaman o, qeyd edib ki, Alyans kollektiv müdafiə və təhlükəsizliyi təmin etməlidir.

 

Macarıstan XİN rəhbəri Pyotr Siyarto bəyan edib ki, Avropa qarşısında duran ən vacib məsələ Ukrayna ilə bağlı NATO və Rusiya arasında münaqişənin qarşısının alınmasıdır.

 

O, deyib ki, bunu etmək mümkün olmasa, bu, üçüncü dünya savaşının başlanması demək olacaq və bu təhlükə həmişəkindən daha ciddidir.

 

Ukraynada müharibə- NATO-nun dəstəyi

 

Bu yaxınlarda NATO-nun sabiq baş katibi və Böyük Britaniyanın sabiq müdafiə naziri Corc Robertson Ukraynaya yardımı və silah və döyüş sursarları istehsalını artırmağa çağırış edib.

 

Onun sözlərinə görə, Rusiyanın hərbi müdaxiləsi beynəlxalq düzəni tamamilə pozub. NATO-nun sabiq baş katibi əmindir ki, əgər Putin Avropanın mərkəzində yerləşən 44 milyonluq ölkəni “həzmi-rabedən” keçirərsə, o, dayanmayacaq.

 

Almaniyanın “Handelsblatt” qəzetinin yazdığına görə, NATO Ukraynaya silah tədarükünün əlaqələndirilməsini öz üzərinə götürməyi planlaşdırır, hərçənd, Alyans həmişə Kiyevə yardım məsələlərini öz proqramı deyil, üzv-ölkələrin suveren qərarları və ikitərəfli razılaşmalar əsasında olduğunu hesab edib.

 

Qeyd edilir ki, Alyans rəhbərliyi özünü Vaşinqtonda mümkün siyasi dəyişikliklərdən sığortalamaq üçün “Ramştayn” formatını öz strukturuna inteqrasiya etməyi məqsədəuyğun hesab edir.

Mənbə

Share: