NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iştirakı ilə “Ramşteyn” formatında Ukrayna yardım qrupunun iclası keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, iclas yanvarın 20-də baş tutacaq. Toplantı zamanı Ukraynaya yardım göstərilməsi, xüsusilə hava hücumundan müdafiə sistemlərinin və zirehli maşınların tədarükü müzakirə ediləcək.
Akif İsmayılov