NATO-nun nazirləri Norveçdə toplanacaq 

NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, görüş mayın 31-də Norveçdə baş tutacaq. Təşkilatın baş katibi Yens Stoltenberq bildirib ki, görüşdə Ukraynadakı müharibə ilə dəyişmiş təhlükəsizlik vəziyyəti və Ukraynaya dəstək müzakirə olunacaq.

 

Görüş həm də iyulun 11-12-də Litvada keçiriləcək NATO Liderlərinin Sammitinə hazırlıq xarakteri daşıyır.

 

Akif İsmayılov 

Mənbə

Share: