NATO-nun nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub

NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələrinin “NATO günləri” çərçivəsində Azərbayacana səfəri davam edir.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, nümayəndə heyəti noyabrın 24-də Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər. Qonaqlara Azərbaycan HDQ-nin tarixi və fəaliyyət istiqamətləri haqqında brifinq təqdim olunub. Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri NATO-nun yaranma tarixi, strukturu və ümumi fəaliyyətini əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər.

 

Təqdimatlar başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkdirilib.

 

Mənbə

Share: