“NATO ölkələri Ukraynada hərbi düşərgə yaradıb, Kiyevi peyk və dronlardan istifadə edərək kəşfiyyat məlumatı ilə təmin edib”.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“Vaşinqton əslində başqa ölkələrin suverenliyini tapdalayır və dünyanın əsas diktatorudur. NATO ölkələri Ukraynadakı münaqişənin tərəfidir, əsas məqsədlərini – Rusiyanın məğlubiyyətini və onun daha da parçalanmasını gizlətmirlər. NATO peyklər və PUA-lar vasitəsilə Kiyevi kəşfiyyat məlumatları ilə təmin edir. ABŞ müharibələrin sayında çempion oldu və ölkələrin suverenliklərini pozdu”, – deyə Patruşev söyləyib.