Şimali Atlantika Alyansının təyyarəsi Polşa ərazisinə düşən raketlərin trayektoriyasını izləyə bilib.
Kəşfiyyat məlumatları NATO və Polşaya təqdim edilib. Lakin raketlərin buraxılış yeri barədə məlumat verməyib.
Raketləri izləyən təyyarə çərşənbə axşamı Ukrayna ərazisi ətrafında müntəzəm kəşfiyyat uçuşu həyata keçirib və Polşa ərazisi üzərində uçub.
Polşa Xarici İşlər Nazirliyi çərşənbə axşamı ölkənin şərqindəki Pşevoduv kəndi ərazisinə Rusiya istehsalı olan raketlərin düşməsi nəticəsində iki nəfərin həlak olması ilə bağlı məlumat yayıb.
Eyni zamanda, respublika Prezidenti Andjey Dudanın sözlərinə görə, sursatların hara aid olduğu hələ müəyyən edilməyib. Öz növbəsində ABŞ Prezidenti Co Bayden qeyd edib ki, Polşaya düşən raketlərin Rusiyadan atıldığı barədə iddiaları təkzib edən ilkin məlumatlar var. Onun sözlərinə görə, trayektoriya nöqteyi-nəzərindən onun Rusiyadan buraxılması ehtimalı azdır.