NATO müttəfiqləri Türkiyədə baş verən dağıdıcı zəlzələdə evlərini itirənlər üçün çadırlar göndərib.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün 500 çadır daşıyan C-17 ağır yük təyyarəsi Türkiyənin İncirlik hava limanına çatıb.
Qeyd olunub ki, uçuş İsveç tərəfindən təşkil olunub.
Eyni zamanda, NATO müvəqqəti sığınacaq üçün Türkiyəyə təxminən 1000 konteyner göndərir. Yüzlərlə konteyneri daşıyan ilk ticarət gəmisi 19 fevralda İtaliyanın Taranto limanından Türkiyəyə yola düşüb və bu həftə Türkiyəyə çatacaq.