NATO silah, sursat və hərbi texnika ehtiyatlarını artıracaq.
Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, təşkilat yaxın vaxtlarda Ukraynaya pilotsuz uçuş aparatlarına qarşı sistemlər, yanacaq, qış geyimləri və dərmanlar göndərəcək.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarına qarşı sistemlər Kiyevə mühüm infrastrukturunu qorumağa imkan verəcək. NATO-nun baş katibi əlavə edib ki, uzunmüddətli perspektivdə hərbi blok Ukraynaya Sovet istehsalı olan silahlardan müasir silahlara keçməyə kömək edəcək.
Qeyd edək ki, Rusiya İran istehsalı pilotsuz uçuş aparatları ilə Ukraynanın bir neçə şəhərinə zərbələr endirib.
Akif İsmayılov