Navalnının dul xanımı Rusiya prezidentinin seçkilərinə gəldi və səs verdi…FOTO+VİDEO

Navalnının dul xanımı Rusiya prezidentinin seçkilərinə gəldi və səs verdi…FOTO+VİDEO

İnsanlar “Yuliya, biz səninləyək!” deyə Rusiya müxalifət liderinin dul xanımını alqışlayıblar…

 

Rusiyada qətlə yetirilmiş müxalifət lideri Aleksey Navalnının dul xanımı Yuliya Navalnaya Rusiya prezidentinin seçkilərində səs verib. 

 

Moderator.az-ın “Meduza”ya istinadla verdiyi xəbərdə deyilir ki, xanım Navalnaya  dünən  – martin Rusiyanın Berlindəki səfirliyindəki məntəqəyə gəlib. Həmin vaxt səfirliyin yaxınlığında bütün Rusiya boyu seçki məntəqələrində olduğu kimi,  “Putin əleyhinə günorta” aksiyası keçirilib. Yuliya Navalnaya altı saat növbəyə dayanıb. Onu görən ruslar yaxınlaşaraq dəstək verib və onunla fotolar çəkdiriblər, ona gül dəstələri təqdim ediblər. Səfirlikdən çıxandan sonra Y.Navalnaya seçki bülleteninə Aleksey Navalnının adını yazdığını bildirib.

 

 “Yəqin ki, bülletendə nə yazdığım, kimə səs verdiyimlə maraqlanırsınız. Təbii ki, Navalnının adını yazdım”, – deyə o, jurnalistlərə bildirib və əlavə edib ki, prezidentlik kampaniyası zamanı, seçkilərə bir ay qalmış Putinin əsas rəqibi qətlə yetirilib.

 

Yuliya Navalnaya “Putin əleyhinə günorta” aksiyasında iştirak edən və səs vermək üçün uzun növbələrdə dayanan hər kəsə təşəkkür edib. İnsanlar “Yuliya, biz səninləyək!” deyə Rusiya müxalifət liderinin dul xanımını alqışlayıblar…

Sultan Laçın

 

Mənbə

Share: