Navas “Real”dan ayrılmaq istəyir – klub rəhbərliyinə bildirdi

Keylor Navas “Real”dan ayrılmaq istəyir.

Milletinsesi.az -ın “Marca”ya istinadən yaydığı xəbərə görə, ikinci qapıçı olmaqdan məmnun olmayan kosta-rikalı qolkiper Madrid təmsilçisindən getmək istədiyini klub rəhbərliyinə bildirib.

Navasla PSJ-nin maraqlandığı iddia olunur.

Qeyd edək ki, “Real”ın baş məşqçisi Zinəddin Zidan 2019/2020 mövsümündə də komandanın əsas qapıçısı Tibo Kurtuanın olduğunu açıqlamışdı.

Share: