ABŞ-da iki uşaq atası olan şəxs avtomobilində naviqatorla hərəkət edərək ölümə yuvarlanıb.
Modern.az xəbər verir ki, Fil Pakson adlı şəxsin avtomobildə istifadə etdiyi naviqator onu 2013-cü ildə su altında qalan körpüyə aparıb. Lakin yolda heç bir xəbərdarlıq nişanı və ya maneə olmadığından Pakson avtomobillə birlikdə körpüdən aşıb.
Polisin verdiyi açıqlamada Paksonun saat 23:00-da körpüdən aşdığı, lakin onun avtomobilinin səhər saat 9.45 radələrində tapıldığı bildirilib.
“Kimsə bu ərazidə hansısa sədd və ya barrikada qurmalı idi. Bu, şəxsi mülkiyyətdir. O, dövlətin himayəsində deyil”, – deyə rəsmi məlumatda qeyd edilib.
Mərhumun həyat yoldaşı Alisa Pakson deyib ki, sadəcə təhlükəsizlik nişanı ərinin həyatını xilas edə bilərdi:
“Amma kimsə məsuliyyəti üzərinə götürmək istəmir”.
Qəza ilə bağlı araşdırmalar davam edir.