Naxçıvan-Bakı reysi ilə uçan təyyarə nasazlıq səbəbindən Bakı aeroportunda eniş edib

Naxçıvan-Bakı reysi ilə uçan təyyarə nasazlıq səbəbindən Bakı aeroportunda eniş edib

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsi nasazlıq səbəbindən Bakı aeroportuna eniş edib.

 

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, təyyarənin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb. Təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniib.

 

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

Mənbə

Share: