Naxçıvanda baş verən qəzada 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb

Naxçıvanda baş verən qəzada 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi, xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, FHN-in Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

“Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib”, – deyə qeyd olunub.

Mənbə

Share: