Fevralın 20-də saat 12 radələrində Naxçıvan şəhəri ərazisində dəhşətli yol qəzası baş verib.
Milletinsesi.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Babək rayon sakinləri N.Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.
Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdirilmişlər. Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.
Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.