Naxçıvanda Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi işdən çıxarılıb

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov tutduğu vəzifədən azad olunub.

Bununla bağlı Naxçıvanın səhiyyə nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Qeyd edək ki, Rəhim Rəhimov fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində davam edəcək.

Mənbə

Share: