Naxçıvanda toy keçirilən restoranda yanğın olub

Naxçıvanda toy keçirilən restoranda yanğın olub

Naxçıvan Muxtar Respublikasında (NMR) toy keçirilən restoranda yanğın olub.

Hadisə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda qeydə alınıb.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunublar.

 

Mənbə

Share: