İyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurub.
Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.