Naxçıvan MR Turizm Departamentin elektron informasiya resursu “ntourism.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Qurum muxtar respublikadakı dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirləri davam etdirir.