
“2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2022-ci illə müqayisədə 3,8% çox – 16 milyard 126,7 milyon manat vəsait daxil olub”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında paylaşım edib.
“O cümlədən, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,3% artaraq 9 milyard 70,8 milyon manata çatıb”, – deyə o qeyd edib.