İki gün əvvəl Bakıda Avropa Liqasının final oyunu ən yüksək səviyyədə keçdi. Final oyunu azarkeşlər və qonaqlar üçün böyük bir futbol bayramına çevrildi.
Milletinsesi.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov UEFA Avropa Liqasının Bakıda keçirilmiş final matçına münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, final oyununu izləməyə gələn bütün azarkeşlər ölkələrinə razı qayıdıblar. İnanırıq ki, onlar Bakıya turist kimi yenidən gələcəklər.
Xatırladaq ki, mayın 29-da Avropa Liqasının final matçında “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək qələbə qazanıb.