Qazaxıstan Respublikasının milli iqtisadiyyat nazirinin müavini İlyas Userov 2 ay müddətinə həbs edilib.
Modern.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almata Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
“Aprelin 10-da Almatı İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsinə Qazaxıstan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin İdarələrarası Birgə İstintaq Qrupunun rəhbərinin şübhəli şəxs qismində saxlanılmış İlyas Userov barəsində ev dustaqlığı növündə həbs-qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatəti daxil olub. Vəsatət təmin edilib, şübhəli şəxs barəsində 2 ay müddətinə, yəni 2023-cü il iyunun 10-dək həbs-qətimkan tədbiri seçilib”, – deyə məlumatda qeyd olunub.
Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Agentliyi milli iqtisadiyyat nazirinin müavini İlyas Userovun saxlanılmasını təsdiqləyib. Onun böyükmiqyaslı dələduzluqda şübhəli bilindiyi deyilir.